Azərbaycan «Eurovision-2013» mahnı müsabiqəsinin ikinci yarımfinalının birinci hissəsində çıxış edəcəkdir

 

Bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək "Eurovision-2013" mahnı müsabiqəsinin ikinci yarımfinalında iştirak edəcək ölkələrin müəyyənləşdirilməsi üzrə püşkatma mərasimi keçirilmişdir.

"Eurovision" mahnı müsabiqəsinin rəsmi saytından AzərTAc-a bildirmişlər ki, yarışmanın ikinci yarımfinalının birinci hissəsində Latviya, Azərbaycan, Malta, İslandiya, San Marino, Makedoniya, Finlandiya, Bolqarıstan, ikinci hissəsində İsrail, Norveç, Albaniya, Macarıstan, İsveçrə, Gürcüstan, Yunanıstan, Ermənistan, Rumıniya ölkələrinin təmsilçiləri çıxış edəcəklər.

Xəbər verdiyimiz kimi, bundan əvvəl keçirilmiş püşkatmanın nəticələrinə görə isə birinci yarımfinalın birinci hissəsində Danimarka, Xorvatiya, Ukrayna, Niderland, Avstriya, Sloveniya, Estoniya, Rusiya, ikinci hissəsində Litva, Serbiya, İrlandiya, Belarus, Kipr, Monteneqro, Belçika və Moldovanın təmsilçiləri çıxış edəcəklər.

 

 

Azərbaycan.-2013.- 19 yanvar.- S.7.