Azərbaycan Prezidenti İlham Əliyev Uruqvay Prezidentinin xüsusi elçisi, Prezident Administrasiyasının dövlət
katibini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da
Uruqvay Respublikası Prezidentinin xüsusi elçisi, Prezident
Administrasiyasının dövlət katibi Diyeqo Kanepanı qəbul
etmişdir.
Xüsusi
elçi, Prezident Administrasiyasının dövlət katibi
Diyeqo Kanepa Uruqvay Respublikasının Prezidenti Xose Alberto Muxica
Kordanonun şəxsi məktubunu dövlətimizin
başçısına çatdırdı. Diyeqo Kanepa
Uruqvay Prezidentinin və hökumətinin Azərbaycan ilə
ikitərəfli və çoxtərəfli əlaqələri
inkişaf etdirmək və əməkdaşlığımızın
perspektivləri ilə bağlı fikir mübadiləsi aparmaq
üçün ona birbaşa tapşırıqlar verdiyini
dedi. O, ölkəsinin Azərbaycan ilə müxtəlif sahələrdə
əlaqələri genişləndirməkdə maraqlı
olduğunu bildirdi. Uruqvay Prezidentinin xüsusi elçisi
ölkələrimiz arasında əməkdaşlığın
inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin
olduğunu vurğuladı. Uruqvaylı qonaq ölkəmizə
səfəri zamanı paytaxtımızda gedən yüksək
inkişaf proseslərinin onda dərin təəssürat
yaratdığını dedi.
Dövlətimizin
başçısı Uruqvay Respublikasının Prezidenti Xose
Alberto Muxica Kordanonun şəxsi məktubuna görə minnətdarlığını
bildirdi. Prezident İlham Əliyev müxtəlif səviyyəli
qarşılıqlı səfərlərin əlaqələrimizin
inkişaf etdirilməsi baxımından rolunu qeyd etdi. Azərbaycan
Prezidenti ölkələrimiz arasında güclü tərəfdaşlıq
əlaqələrinin qurulacağına ümidvar olduğunu
bildirdi.
AzərTAc
Azərbaycan.-2013.- 20 yanvar.- S.1.