Qanlı Yanvar faciəsinin
23-cü ildönümü ilə əlaqədar
Şəhidlər xiyabanını
ümumxalq ziyarəti
Azərbaycan Prezidenti İlham Əliyev
şəhidlərin əziz xatirəsini yad etmişdir
Yanvarın
20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Ümumxalq Hüzn Günündə 20 Yanvar şəhidlərinin
xatirəsini yad etmişdir.
Qanlı
Yanvar hadisələrindən
23 il keçir.
1990-cı il yanvarın
20-si Azərbaycanın müasir
tarixinə ən faciəli günlərdən
biri, eyni zamanda, xalqımızın
qəhrəmanlıq səhifəsi
kimi daxil olmuş, milli müstəqillik, azadlıq
uğrunda mübarizəsinin
və yenilməz iradəsinin rəmzinə çevrilmişdir.
Təpədən dırnağadək silahlanmış keçmiş
sovet ordusunun cəza tədbirlərinə
məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdir. Düz 23
il əvvəl doğma yurdunun, xalqının azadlığını,
şərəf və
ləyaqətini hər
şeydən uca tutan vətənpərvər
Azərbaycan övladları
həmin müdhiş
gecədə canlarından
keçərək şəhidlik
zirvəsinə ucalmışlar.
Sovet qoşunlarının Azərbaycanda
törətdiyi qanlı
qırğından uzun
illər keçməsinə
baxmayaraq, xalqımız
o dəhşətli günlərin
ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının
o vaxtkı rəhbərlərinə
və onların Azərbaycandakı nökərlərinə
dərin nifrətini bildirir.
Bədnam
M.Qorbaçov başda
olmaqla SSRİ rəhbərliyinin
Azərbaycana qarşı
qərəzli, ermənipərəst
siyasətinə, əzəli
torpaqlarımıza iddia
edən Ermənistanın
təcavüzkar siyasətinin
açıq-aşkar dəstəklənməsinə
və respublikanın
o zamankı rəhbərliyinin
xəyanətkar mövqeyinə
etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə
qarşı sovet ordusunun iri hərbi
birləşmələrinin yeridilməsi Azərbaycanda,
xüsusilə Bakıda
misli görünməmiş
faciəyə gətirib
çıxardı, böyük
itkilərlə, günahsız
insanların ölümü
ilə nəticələndi.
Buna baxmayaraq, Azərbaycanın o vaxtkı
səriştəsiz, kölə
psixologiyalı rəhbərlərinin
yenə də xalqla bir olmağa
cəsarəti çatmadı
və onlar sovet rəhbərliyinin ətəyindən tutmaqda
davam etdilər.
Onların əksinə olaraq,
həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev həyatını
təhlükədə qoyaraq,
faciənin ertəsi günü Azərbaycanın
daimi nümayəndəliyinə
gələrək, Qanlı
Yanvar qırğınını
törədənləri pisləyən
kəskin bəyanatla çıxış etdi,
xalqımızın başına
gətirilən müsibəti
dünyaya çatdırdı.
Bununla da ulu öndərimiz
cəsarətini, mərdliyini,
xalqının sədaqətli
oğlu olduğunu bir daha sübut
etdi. Lakin ermənilərin fitvası ilə törədilmiş bu cinayət Azərbaycan xalqının iradəsini
qıra, azadlıq eşqini söndürə
bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə
- azadlıq və müstəqilliyinə qovuşdu
və bu nailiyyəti heç vaxt əlindən verməyəcəkdir.
Keçmiş sovet hərb maşınının Azərbaycanda
törətdiyi qanlı
qırğın mahiyyətinə
görə dövlətin
öz vətəndaşlarına
qarşı tarixdə
misli görünməmiş
təcavüzü, qətliamı
idi. Keçmiş SSRİ və Azərbaycan
SSR konstitusiyalarının kobudcasına
pozulması, ayaqlar altına atılması idi. Həmin gün keçmiş
SSRİ dövləti dinc
əhalinin üstünə
qoşun yeritməklə
BMT Nizamnaməsinə, beynəlxalq
hüquq normalarına
məhəl qoymamış,
iştirakçısı olduğu
Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını
pozmuşdur.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə
yenidən qayıdışından
sonra, 1994-cü ildə
20 Yanvar hadisələrinə
siyasi-hüquqi qiymət
verildi və cinayəti törədənlərin
adları ictimaiyyətə
çatdırıldı. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi.
Azərbaycan xalqı hər
il Ümumxalq
Hüzn Günündə
20 Yanvar faciəsi qurbanlarının xatirəsini
dərin ehtiramla yad edir.
Hər il olduğu kimi, Azərbaycan Prezidenti Administrasiyası tərəfindən Qanlı
Yanvar faciəsinin iyirmi üçüncü
ildönümü ilə
əlaqədar geniş
tədbirlər planı
hazırlanmış, respublikanın
bütün şəhər
və rayonlarında, xarici ölkələrdəki
səfirliklərimizdə, diaspor
təşkilatlarında anma
mərasimləri keçirilmişdir.
Ümumdövlət və ümumxalq
ehtiramı sübut edir ki, şəhidlər
ölməzdir. Bu ölməzlik müstəqilliyimizdə,
birliyimizdə və xoşbəxt gələcəyimizdə
yaşayır.
* * *
Yanvarın 20-də səhər Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına
gəldi.
Prezident İlham Əliyev "Əbədi məşəl"
abidəsi önünə
əklil qoydu.
Müdafiə Nazirliyinin Əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın Dövlət
himni səsləndi.
* * *
Dövlət və hökumət rəsmiləri, respublikamızdakı
dini icmaların başçıları, xarici
ölkələrin Azərbaycandakı
səfirləri, beynəlxalq
təşkilatların nümayəndələri
də şəhidlərin
əziz xatirəsini yad etməyə gəlmişdilər.
* * *
Şəhidlər xiyabanının ziyarət
olunması mərasimində
Baş nazir Artur Rasizadə, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyev iştirak edirdilər.
AzərTAc
Azərbaycan.-2013.- 22 yanvar.- S.1.