Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya Milli Olimpiya Komitəsinin prezidenti, London
Olimpiya Oyunlarının icraçı direktorunu qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də
Böyük Britaniya Milli Olimpiya Komitəsinin prezidenti, London
Olimpiya Oyunlarının icraçı direktoru Lord Sebastyan
Koeni qəbul edib.
Dövlət
başçısı XXX London Yay Olimpiya Oyunlarının
yüksək səviyyədə təşkil olunması
münasibətilə Böyük Britaniya Milli Olimpiya Komitəsinin
prezidenti, London Olimpiya Oyunlarının icraçı direktoru
Lord Sebastyan Koeni təbrik etdi. Prezident İlham Əliyev onun Azərbaycana
bu səfərinin ölkəmizlə tanış olmaq
üçün yaxşı
imkan yaradacağını dedi.
Böyük Britaniya Milli Olimpiya Komitəsinin prezidenti, London Olimpiya Oyunlarının icraçı direktoru Lord Sebastyan Koen öz növbəsində Azərbaycan idmançılarının XXX London Yay Olimpiya Oyunlarında əldə etdikləri uğurlar münasibətilə dövlət başçısına təbriklərini çatdırdı. O, səfəri zamanı Birinci Avropa Oyunlarının keçiriləcəyi idman obyektləri və eləcə də paytaxtımızla yaxından tanış olacağını vurğuladı.
Görüşdə
ölkəmizdə idmanın bütün növlərinin
inkişafı ilə bağlı görülən işlərin
önəmi vurğulandı, Azərbaycanın dünya
Olimpiya hərəkatındakı rolu qeyd olundu, ölkəmizin
beynəlxalq idman təşkilatları ilə əməkdaşlığının
gələcəkdə daha da genişlənəcəyinə əminlik
ifadə edildi.
AzərTAc
Azərbaycan.-2013.- 22 yanvar.- S.2.