Azərbaycan və Uruqvay
arasında əlaqələrin inkişafı
üçün hər cür
şərait var
Azərbaycanda
səfərdə olan Uruqvay Respublikası Prezidentinin xüsusi
elçisi, Prezident Administrasiyasının dövlət katibi
Diyeqo Kanepa dünən Milli Məclisin Sədri Oqtay Əsədovla
görüşdü.
Oqtay
Əsədov bildirdi ki, bu cür səfərlər hər iki
ölkə arasındakı əlaqələrə öz
töhfəsini verəcək. Azərbaycan Uruqvay ilə hərtərəfli
əlaqələrin inkişafında çox
maraqlıdır. İki ölkə arasında son zamanlar bir
sıra mühüm işlər həyata keçirilib: "Əminəm
ki, yaxın zamanlarda bütün sahələr üzrə əlaqələrimiz
inkişaf edəcək və bu səfərlər münasibətlərimizin
daha da möhkəmlənməsinə xidmət göstərəcək".
Milli
Məclisin Sədri diqqətə çatdırdı ki,
müstəqil Azərbaycan Respublikası az bir vaxtda belə
sürətli inkişafa nail olub. Müstəqilliyinin ilk illərində
başqa ölkələrdən yardım alan Azərbaycan indi
borcverən ölkəyə çevrilməklə
yanaşı, tək bölgədə deyil, Avropada da
irimiqyaslı layihələr həyata keçirir. Son böyük layihələrdən
biri isə Trans-Anadolu qaz boru
kəməridir (TANAP). Oqtay Əsədov
onu da bildirdi
ki, iki ölkə
arasında əlaqələrin
inkişafı üçün
hər cür şərait var. Yaxın günlərdə isə Uruqvayın Azərbaycanda səfirliyinin açılması
bu əlaqələrin
daha da möhkəmlənməsinə
xidmət edəcək.
Diyeqo Kanepa isə öz növbəsində əməkdaşlığın
inkişaf etdirilməsi
üçün yaxşı
imkanların olduğunu
qeyd etdi. O, ölkəsinin
Azərbaycan ilə müxtəlif sahələrdə
əlaqələri genişləndirməkdə
maraqlı olduğunu bildirdi. Uruqvaylı qonaq ölkəmizə səfəri zamanı paytaxtımızda gedən
yüksək inkişaf
proseslərinin və abadlıq-quruculuq işlərinin
onda dərin təəssürat yaratdığını
dedi.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında da fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2013.- 22 yanvar.- S.2.