«Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında «Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi»nin fəaliyyətinin nizamlanması haqqında» Protokolun təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında "Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi"nin fəaliyyətinin nizamlanması haqqında" 2012-ci il sentyabrın 11-də Qəbələ şəhərində imzalanmış Protokol təsdiq edilsin.

 

 

İlham ƏLİYEV,                                                                                    

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 dekabr 2012-ci il

 

Azərbaycan.-2013.- 22 yanvar.- S.2.