Azərbaycan Respublikasının Cinayət
Məcəlləsində dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci
bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 4, II kitab, maddə
251, ¹ 5, maddə 323, ¹ 12, maddə 835; 2001, ¹ 1, maddə 24, ¹ 7,
maddə 455; 2002, ¹ 1, maddə 9, ¹ 5, maddələr 236, 248, 258,
¹ 6, maddə 326, ¹ 8, maddə 465; 2003, ¹ 6, maddələr 276,
279, ¹ 8, maddələr 424, 425,
¹ 12,
I kitab, maddə 676; 2004, ¹ 1, maddə 10, ¹ 4, maddə 200, ¹ 5,
maddə 321, ¹ 8, maddə 598, ¹ 10, maddə 762, ¹ 11, maddə
900; 2005, ¹ 1, maddə 3, ¹ 6, maddə 462, ¹ 7, maddə 575, ¹ 10,
maddə 904, ¹ 11, maddə 994; 2006, ¹ 2, maddələr 71, 72, 75,
¹ 5, maddə 390, ¹ 12, maddələr 1008, 1020, 1028; 2007, ¹ 2, maddə
68, ¹ 5, maddə 398, ¹ 6, maddələr 560, 562, 579, ¹ 8, maddə
757,
¹ 10,
maddələr 937, 941, ¹ 11, maddələr 1049, 1080, 1090, ¹ 12,
maddə 1221; 2008, ¹ 6, maddələr 454, 461, ¹ 7, maddə 602, ¹
10, maddə 884, ¹ 12, maddələr 1047, 1049; 2009, ¹ 5, maddə
315, ¹ 7, maddə 517, ¹ 12, maddə 953; 2010, ¹ 2, maddə 70, ¹ 3,
maddələr 171, 178, ¹ 4, maddələr 275, 276, ¹ 7, maddə
591; 2011, ¹ 4, maddə 253, ¹ 6, maddə 472, ¹ 7, maddələr
587, 601, 621, ¹ 11, maddə 980; ¹ 12, maddə 1093; 2012, ¹ 2, maddə
45, ¹ 3, maddələr 193, 196, ¹ 7, maddələr 666, 669, 673; Azərbaycan
Respublikasının 2012-ci il 2 noyabr tarixli 461-IVQD nömrəli
Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.
99-4.6-cı maddədə "169" rəqəmlərindən
sonra "169-1," rəqəmləri əlavə edilsin.
2. Məcəlləyə
aşağıdakı məzmunda 169-1-ci maddə əlavə
edilsin:
"Maddə
169-1. Siyasi partiyada üzvlüyə məcbur etmə
Siyasi
partiyaya daxil olmağa və ya onun üzvlüyündə
qalmağa məcbur etmə
min
manatdan üç min manatadək miqdarda cərimə və ya
iki ilədək müddətə islah işləri və ya
iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 11 dekabr
2012-ci il
Azərbaycan.-2013.- 22 yanvar.- S.2.