Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsini "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 10, maddə 762, ¹ 12, maddə 973; 2010, ¹ 7, maddə 587; 2011, ¹ 6, maddə 485, ¹ 7, maddə 593; 2012, ¹ 5, maddə 410) aşağıdakı dəyişikliklər edilsin:

1. 125.2-ci maddədə "və ya siyasi partiyanın nizamnaməsinə" sözləri ", siyasi partiyanın nizamnaməsinə və ya adına" sözləri ilə əvəz edilsin.

2. 126.3-cü maddədə "126.3-cü" sözləri "126.2-ci" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 dekabr 2012-ci il

 

Azərbaycan.-2013.- 22 yanvar.- S.3.