Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu
bəndini rəhbər tutaraq, Azərbaycan
Respublikasının Mülki Məcəlləsini "Siyasi
partiyalar haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli
Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara
alır:
Azərbaycan
Respublikası Mülki Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4, I kitab, maddə
250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə
420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10,
maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə
466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə
1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6,
maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə
80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə
1053, № 12, maddələr 1215, 1219; 2008, № 3, maddə 145, № 6, maddə
456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5,
maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010,
№ 2, maddə 75, № 3, maddə 171, № 4, maddələr 265,
266, 276; 2011, № 2, maddə 71, № 7, maddə 586, № 8, maddə 750, №
12, maddələr 1073, 1102; 2012, № 1, maddə 5, № 5, maddə
403, № 6, maddə 498) 51-ci maddəsində
"orqanının" sözündən sonra ", siyasi
partiyada rəhbər orqanlarının qərargahının"
sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 11 dekabr
2012-ci il
Azərbaycan.-2013.- 23 yanvar.- S.1.