«Həmkarlar ittifaqları haqqında» Azərbaycan
Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanununu "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
"Həmkarlar
ittifaqları haqqında" Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,
1994, № 17, maddə 235; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997, № 3, maddə 226, № 5, maddə 379; 2001, №
11, maddələr 676, 683; 2004, № 6, maddə 397; 2005, № 1, maddə
5, № 8, maddə 684; 2006, № 11, maddə 922; 2007, № 5, maddə 437,
№ 11, maddə 1049; 2010, № 3, maddə 171; 2012, № 7, maddə 672)
9-cu maddəsinin ikinci hissəsində "rəmzi
nişanlarından" sözləri "rəmzlərindən"
sözü ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 11 dekabr
2012-ci il
Azərbaycan.-2013.- 23 yanvar.- S.2.