Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Pakistanda

 

«Humanizm simvolu - 2012-ci ilin adamı» elan edilmişdir

 

Pakistanın nüfuzlu "Daily times" qəzeti Qadın Könüllülər Təşkilatı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı "Humanizm simvolu - 2012-ci ilin adamı" elan etmişdir.

Mehriban xanım bu ada Heydər Əliyev Fondunun 2012-ci ildə Pakistanın bütün əyalətlərində keçirdiyi humanitar aksiyalara, o cümlədən təhsil  səhiyyə sahəsində işlərə  görə layiq görülmüşdür.

"Daily times" qəzetinin 22 yanvar tarixli nömrəsinin 2 səhifəsi bu mövzuya həsr olunmuşdur. Buradakı məqalələrdə Mehriban xanımın humanist fəaliyyəti, o cümlədən Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Pakistanda həyata keçirilən layihələrə dair geniş məlumat verilmişdir. Qeyd edilmişdir ki, 2007-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü dəstəyi ilə  Pakistanın zəlzələdən zərər çəkmiş  Müzəffərabad şəhərində qızlar məktəbi tikilmiş, 2012-ci ildə isə həmin məktəb əsaslı təmir edilmiş, orada yenidənqurma işləri aparılmışdır. Fond tərəfindən Pakistanda silsilə humanitar yardımlar proqramı çərçivəsində  "Edhi Home"  kimsəsizlər evində sığınacaq tapan uşaqlara tibbi baxış hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılmış, Peşavar şəhərində "Akbar Care" Serebral Paraliç İnstitutunda, həmçinin Xeybər Paxtunxva əyalətinin Laki Marvat şəhərinin qadınlar uşaqlar xəstəxanasında imkansızlar üçün pulsuz müayinə təşkil edilmiş, İslamabad şəhərinin "Kulsum İnternational" klinikasında açıq ürək əməliyyatları maliyyələşdirilmiş, Həmzə Fonduna (Peşavar)  müasir qanköçürmə avadanlığı laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım avtomobili 2000 ədəd qanköçürmə paketi hədiyyə edilmiş, Xeybər Göz Fondunun yeni binasının inşası üçün maddi yardım göstərilmiş, Pakistanın bütün əyalətlərində Ramazan ayında iftar süfrələri təşkil edilmiş, Qurban bayramında Lakki Marvat bölgəsində Pəncab əyalətində qurbanlıqlar kəsilərək əhalinin kasıb təbəqəsinə paylanılmışdır.

Qeyd edək ki, böyük tirajla nəşr olunan nüfuzlu "Daily times" qəzeti Pakistanla yanaşı, eyni zamanda Böyük Britaniyada və Birləşmiş Ərəb Əmirliklərində də yayımlanır.

 

 

Şahin CƏFƏROV,

AzərTAc-ın müxbiri

İslamabad

 

Azərbaycan.-2013.- 23 yanvar.- S.2.