Herbert KVELLE: Tolerantlıq Azərbaycanda
ideya deyil, həqiqətdir
Tolerantlıq Azərbaycanda ideya deyil, həqiqətdir. Almaniyanın Azərbaycandakı səfiri
Herbert Kvelle bu fikri yanvarın 21-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc-da) görüşdə
söyləmişdir.
AzərTAc-ın baş direktoru Aslan Aslanov diplomata
milli informasiya agentliyinin tarixi barədə ətraflı
məlumat vermişdir. Ümummilli
lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra
Azərbaycanın keçdiyi
böyük inkişaf
yolundan, ulu öndərin AzərTAc-a diqqət və qayğısından, Prezident
İlham Əliyevin rəhbərliyi altında
ölkəmizin qazandığı
uğurlardan danışan
baş direktor vurğulamışdır ki,
son illər Azərbaycanın
nüfuzu dünyada xeyli yüksəlmiş, respublikamız regionun lider dövlətinə çevrilmişdir. Bu uğurlar artıq dünya informasiya məkanına çıxmış
AzərTAc-ın beynəlxalq
əlaqələrinin daha
da genişlənməsi
baxımından yeni imkanlar açmışdır.
Azərbaycan-Almaniya münasibətlərinin bütün sahələrdə,
o cümlədən milli
xəbər agentlikləri
arasında əlaqələrinin
sürətlə inkişaf
etdiyini deyən A.Aslanov AzərTAc-ın Almaniyanın DPA
agentliyi ilə həm üzvü olduqları Avropa Xəbər Agentlikləri
Alyansı (EANA) çərçivəsində,
həm də ikitərəfli əlaqələr
formatında uğurla
əməkdaşlıq etdiklərini
vurğulamışdır. Baş direktor qeyd etmişdir
ki, AzərTAc bu yaxınlarda Almaniyanın digər nüfuzlu informasiya agentliyi olan DAPD ilə də əməkdaşlığa başlamışdır.
Azərbaycan və alman xalqları
arasında dostluğun
qədim ənənələrə
söykəndiyini xatırladan
AzərTAc-ın baş
direktoru bəzi qüvvələrin bu tarixi əlaqələri pozmaq niyyətini pisləmişdir. A.Aslanov demişdir: "Qərb dairələrində bəzi
qüvvələr kiməsə
dərs verməyə
çalışır, antiazərbaycan
kampaniyası aparmağa
cəhd göstərirlər.
Heç
kəs başqa dövlətin daxili işlərinə qarışa
bilməz. Həmin kampaniyanı
aparanlar arasında, təəssüf ki, insan haqları və humanitar yardım üzrə almaniyalı müvəkkil
Markus Löninq də vardır. Biz hesab edirik ki,
bu cür böhtan və uydurma dolu kampaniya
Almaniya və Azərbaycan dövlətlərinin,
həmçinin xalqlarımızın
dostluq və əməkdaşlıq münasibətlərini
sarsılda bilməz".
AzərTAc-da olmağından məmnunluğunu
bildirən və ətraflı məlumata görə təşəkkür
edən səfir ölkələrimiz arasında
əlaqələrin genişlənməsində
informasiya mübadiləsinin
də xüsusi əhəmiyyət daşıdığını
vurğulamışdır.
Azərbaycanın tarixi, mədəniyyəti,
iqtisadiyyatı haqqında
məlumatlı olduğunu
bildirən səfir H.Kvelle demişdir ki, ölkəniz hər cəhətdən zəngindir. Lakin Azərbaycan tolerantlıq
modeli ilə fəxr edə bilər. Tolerantlıq Azərbaycanda ideya
deyil, həqiqətdir.
Diplomat AzərTAc-ın saytını daim izlədiyini və agentliyin geniş əlaqələr qurduğunu
xüsusi vurğulamışdır.
Sonda
bu cür görüşlərin mütəmadi keçirilməsi
barədə razılığa gəlinmişdir.
Azərbaycan.-2013.- 23 yanvar.- S.3.