Azərbaycanda insan
amilinə diqqət öndə olan məsələlərdəndir
On beş ildir ki, ölkəmizdə
ölüm hökmü
çıxarılmır
1995-ci
ildən ölkədə, Amnistiya institutu təsis edilsə də,
bəzi beynəlxalq dairələr dövlətimizin
atdığı humanist addımların nəcibliyini təsdiqləməkdə
"çətinlik" çəkirlər. Ədalətsiz bəyanatlar yaymaqda,
qərəzli mövqedən çıxış etməklə
ad çıxaran "Freedom House", "Human Rights
Watsh", "Amnistey İnternational" kimi təşkilatlar
1998-ci il fevralın 10-da ölkədə ölüm
hökmünün ləğvi ilə bağlı qərarı
indiyədək hesabatlarında qeyd etməyi nədənsə
özlərinə ar bilirlər.
Ölkəmizdə
problem axtaran bəzi qüvvələr Azərbaycan əleyhinə
şəbəkələr qurmağa çalışır,
islam amilini ortaya atır, gah da ölkəmizi azad olmayan ölkələr
siyahısına salırlar. Onlar əsl həqiqəti görmək
istəmirlər. Çünki Azərbaycanın
yürütdüyü müstəqil siyasəti qəbul
etmir, xalqımızın sürətlə artan tərəqqisinə
qısqanclıqla yanaşır, hətta bunu açıq
şəkildə büruzə verirlər. Onlar bu sürətli
inkişafa çox qıcıqlanırlar. İkili standart
üzərində köklənən xarici qüvvələrin
və dəstəkçilərinin məqsədi hər zaman
Azərbaycanı dünyada nüfuzdan salmaqdır. Buna görə
də onlar heç vaxt ölkəmizdə gedən uğurlu
işləri görmür, görünəni belə özlərinin
düşüncəsi kimi qara rəngə boyayırlar.
Dünya
yaxşı bilir ki, on beş ildir Azərbaycanda ölüm
hökmü ləğv edilib. Təəssüf ki, Azərbaycana
qarşı çirkin kampaniyalar aparan "Freedom House",
"Human Rights Watsh", "Amnistey İnternational" kimi təşkilatlar
bir dəfə də olsun, bunu hesabatlarında qeyd etməyiblər.
Qərəzsiz olan təşkilatın məqsədi hesabat
apararkən həmin ölkənin vəziyyətini
düzgün qiymətləndirməli, dərin təhlil
aparılmalı, doğru hesabat hazırlanmalıdır. Bu
qurumların necə qərəzli olduqları aydınca
görünür. Ölüm hökmünün ləğv
olunması Avropa Şurasının quruma üzv dövlətlərinin
qarşısında müəyyənləşdirdiyi tələblərdən
biri idi. Buna uyğun olaraq 1998-ci
il yanvarın 22-də ulu öndər Heydər Əliyev Azərbaycanda
ölüm hökmünün ləğvi ilə bağlı
Milli Məclisdə qanunvericilik təşəbbüsü ilə
çıxış etdi. Bu təşəbbüs əvvəlcə
parlamentdə müzakirə
olundu, sonra da ədalət, azadlıq, humanizm və insanpərvərlik
kimi yüksək ideallar rəhbər tutularaq ölkədə
ölüm cəzasının ləğv edilməsi qərarına
gəlindi. Məqsəd Azərbaycan vətəndaşlarının
şərəf və ləyaqətinin qorunması, demokratik
prinsiplərin inkişafı, əhalinin həyat səviyyəsinin
yüksəldilməsi idi. 1998-ci il fevralın 10-da bu tarixi qərar
qəbul edildi, halbuki indiyədək də Avropa
Şurasının üzvü olan bir neçə ölkə
bu qərarı qəbul etməkdən çəkinir.
Ölüm cəzasının ləğv edilməsi
nüfuzlu beynəlxalq təşkilatların, əsasən də
Avropa Şurasının bu qurumun üzv dövlətlərinin
qarşısında müəyyənləşdirdiyi tələblərdən
biri idi.
İnsan
hüquqlarının qorunması isə ən prioritet vəzifə
kimi qarşıya qoyuldu. Ulu öndər bu sahədə
müdrik addımlar atdı. Başlanan yol ölkəmizi
tezliklə beynəlxalq aləmə
yaxınlaşdırdı. Demokratik, hüquqi və dünyəvi dövlət
quruculuğunun hüquqi əsasları və insan hüquq və
azadlıqlarının qeyd-şərtsiz təmin olunması Əsas
Qanunumuzda öz əksini tapmışdır. Heydər Əliyev
ilk növbədə, məhkəmə-hüquq sistemində
zamanın tələbləri ilə ayaqlaşan mütərəqqi
islahatlar apardı. 1998-ci ildə həm Şərqdə, həm
də MDB məkanında ilk dəfə olaraq Azərbaycanda
ölüm hökmünün ləğv edilməsi buna
misaldır. 1995-ci ildə ölkədə Amnistiya institutu təsis
edildi. Azərbaycan Respublikası Prezidenti yanında Əfv
Komissiyası yaradıldı. Cəmiyyətin ən müxtəlif
təbəqələrini əhatə edən əfv sərəncamlarının
və amnistiya haqqında fərmanların verilməsi qısa
zamanda cəmiyyətdə yararlı, qanunların aliliyi
prinsipini tərəddüdsüz qəbul edən vətəndaşların
reabilitasiyasına fundamental töhfələr oldu. Bədxahlar
bunu görməsə də, Azərbaycan inkişaf
strategiyasını sürətlə davam etdirəcək,
demokratik inkişaf yolundan dönməyəcək, insan
hüquqlarının müdafəsi istiqamətində
islahatları inamla davam etdirəcək.
Rəsmiyyə RZALI
Azərbaycan.-2013.- 23 yanvar.- S.5.