Azərbaycan Prezidenti İlham Əliyevin «Holcim Group» şirkətinin rəhbəri Bernard Fontana ilə görüşü

 

Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda "Holcim Group" şirkətinin rəhbəri Bernard Fontana ilə görüşmüşdür. 

Ötən il Bakıda "Holcim Group" şirkətinin sement zavodunun açılışında Prezident İlham Əliyevin iştirakını məmnunluqla xatırladan Bernard Fontana Azərbaycanda biznes fəaliyyəti üçün əlverişli şəraitin mövcudluğunu yüksək qiymətləndirdi. Bu şəraitin səmərəli fəaliyyət üçün yaxşı zəmin yaratdığını bildirdi.

Prezident İlham Əliyev "Holcim Group" şirkəti tərəfindən Azərbaycana sərmayə yatırılmasının önəmini qeyd etdi. Dövlət başçısı bu şirkət ilə ölkəmiz arasında əməkdaşlığın İsveçrə-Azərbaycan iqtisadi əlaqələrinin inkişafına töhfə verdiyini vurğuladı.

Görüşdə Azərbaycan-İsveçrə biznes əlaqələrinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 24 yanvar.- S.1.