Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin xarici işlər
naziri Əhməd Davudoğlu ilə görüşü
Yanvarın
23-də Davosda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Türkiyə Respublikasının xarici
işlər naziri Əhməd Davudoğlu ilə
görüşü olmuşdur.
Görüşdə
Azərbaycan ilə Türkiyə arasında münasibətlərin
bütün sahələrdə inkişafından məmnunluq
ifadə edildi. Nazir Əhməd Davudoğlu Türkiyə
Prezidenti Abdullah Gülün, Baş nazir Rəcəb Tayyib Ərdoğanın
salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə
çatdırdı.
Ölkələrimiz
arasında həyata keçirilən bir sıra qlobal layihələrin,
o cümlədən Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin
əhəmiyyəti qeyd edildi. Azərbaycan-Türkiyə əməkdaşlığının
bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik
ifadə olundu.
Görüşdə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı
danışıqların hazırkı vəziyyəti və
digər məsələlər müzakirə edildi.
Azərbaycan
Prezidenti İlham Əliyev onun da salamlarını Türkiyə
Prezidenti Abdullah Gülə və Baş nazir Rəcəb
Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.-2013.- 24 yanvar.- S.1.