BP şirkətinin sədri ilə görüş

 

Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda BP şirkətinin sədri Karl-Henrik Svanberq ilə görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə BP şirkəti arasında uzun illər uğurlu əməkdaşlığın davam etməsindən məmnunluq ifadə olundu. "Azəri-Çıraq-Günəşli", "Şahdəniz", Trans-Anadolu qaz boru kəməri (TANAP) layihələri üzrə əməkdaşlığımızın uğurla həyata keçirildiyi vurğulandı, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi.

Görüşdə Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 24 yanvar.- S.2.