Prezident İlham Əliyev
Davosda Dünya İqtisadi Forumunun «Mərkəzi Asiya üçün
yeni üfüqlər» mövzusunda sessiyasında iştirak
etmişdir
Azərbaycan
Prezidenti İlham Əliyevin İsveçrəyə
işgüzar səfəri
Yanvarın
23-də Davosda Dünya İqtisadi Forumunun "Mərkəzi Asiya
üçün yeni üfüqlər" mövzusunda
sessiyası keçirilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sessiyada
iştirak etmişdir.
Bir sıra ölkələrin rəsmilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi sessiyada çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri barədə danışdı. Dövlət başçısı son illərdə Azərbaycanda yüksək dinamik inkişafın müşahidə olunduğunu, ümumi daxili məhsulun üç dəfə artdığını diqqətə çatdırdı.
Enerji sahəsində Azərbaycanın əldə etdiyi uğurlardan danışan Prezident İlham Əliyev bildirdi ki, ölkəmizdə qeyri-enerji sektorunun da inkişafı diqqət mərkəzində saxlanılır və bununla bağlı bir çox layihələr həyata keçirilir. Dövlət bu sahədə dəstəyini hər zaman nümayiş etdirir.
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə toxunan Prezident İlham Əliyev ölkəmizin qlobal iqtisadi və enerji layihələrində iştirakının əhəmiyyətindən danışdı.
Dövlət başçısı regional əməkdaşlıq və digər məsələlərə də toxundu.
Sonra Azərbaycan
Prezidenti İlham Əliyev sualları cavablandırdı.
AzərTAc
Azərbaycan.-2013.- 24 yanvar.- S.2.