Azərbaycan Prezidenti İlham Əliyevin Davosda
Beynəlxalq Maliyyə
Korporasiyasının baş icraçı direktoru Cin Yonq Kay
ilə görüşü
Yanvarın
23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Davosda Beynəlxalq Maliyyə Korporasiyasının baş
icraçı direktoru Cin Yonq Kay ilə görüşü
olmuşdur.
Görüşdə
Azərbaycan ilə Beynəlxalq Maliyyə Korporasiyası
arasındakı əməkdaşlıqdan məmnunluq ifadə
olundu. Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanda
həyata keçirilən layihələrdə investor kimi
iştirak etməsi yüksək qiymətləndirildi.
Azərbaycan
iqtisadiyyatının şaxələndirilməsi ilə
bağlı görülən işlərdən
danışılan görüşdə Beynəlxalq Maliyyə
Korporasiyasının ölkəmizdə xüsusilə kənd
təsərrüfatı və informasiya-kommunikasiya
texnologiyaları sahələrində əməkdaşlıqda
maraqlı olduğu bildirildi.
Prezident
İlham Əliyev Beynəlxalq Maliyyə Korporasiyası ilə
Azərbaycan arasında əməkdaşlığı
yüksək qiymətləndirdi və əlaqələrin
bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə
etdi.
AzərTAc
Azərbaycan.-2013.- 24 yanvar.- S.2.