Prezident İlham Əliyevin «Total» şirkətinin rəhbəri Kristof de Marjeri ilə görüşü

 

Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda "Total" şirkətinin rəhbəri Kristof de Marjeri ilə görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə "Total" arasında uzun illərdir davam edən əməkdaşlıqdan məmnunluq ifadə olundu. "Azəri-Çıraq-Günəşli" "Şahdəniz" yataqlarının işlənməsində Azərbaycan ilə "Total" şirkətinin əməkdaşlığının uğurla davam etdiyi bildirildi.

İkitərəfli əməkdaşlığın Azərbaycan-Fransa iqtisadi əlaqələrinin inkişafına da töhfə verdiyi vurğulandı.

Görüşdə "Total" şirkəti ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

 

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 24 yanvar.- S.2.