«Azərbaycan Respublikası Hökuməti
ilə Böyük Britaniya
və Şimali İrlandiya
Birləşmiş Krallığı Hökuməti
arasında hava əlaqələri
haqqında» Sazişdə dəyişikliklərə dair mübadilə edilmiş
notaların təsdiq edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan
Respublikası Hökuməti ilə Böyük Britaniya və
Şimali İrlandiya Birləşmiş Krallığı
Hökuməti arasında hava əlaqələri
haqqında" Sazişdə dəyişikliklərə dair
2012-ci il martın 30-da Bakı şəhərində
mübadilə edilmiş notalar təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 dekabr
2012-ci il
Azərbaycan.-2013.- 24 yanvar.- S.2.