«Azərbaycan Respublikası və Argentina Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq
haqqında»
Sazişin təsdiq
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
"Azərbaycan
Respublikası və Argentina Respublikası arasında ticarət
və iqtisadi əməkdaşlıq haqqında" 2012-ci il
iyulun 26-da Buenos-Ayres şəhərində imzalanmış
Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 11 dekabr
2012-ci il
Azərbaycan.-2013.- 24 yanvar.- S.2.