Mərkəzi Seçki Komissiyası ilə Böyük Britaniya səfirliyi arasında əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılmışdır

 

Yanvarın 23-də Böyük Britaniyanın ölkəmizdəki səfiri Piter Beytmen Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşmüşdür.

MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, səfir Piter Beytmen Azərbaycanın seçki sistemi və ölkəmizin bu sahədəki təcrübəsi ilə maraqlanmışdır.

MSK sədri Məzahir Pənahov qonağa Azərbaycanda seçkilərin təşkili və keçirilməsinə dair tələblər barədə ətraflı məlumat vermişdir.

Səfir geniş məlumata və səmimi qəbula görə  MSK sədrinə minnətdarlığını bildirmişdir.

Görüşdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ilə Britaniya səfirliyi arasında əməkdaşlığın perspektivləri barədə də müzakirələr aparılmışdır.

 

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 24 yanvar.- S.3.