Kollegiya iclasında «Mədəniyyət»
qəzetinin və «Mədəni həyat» jurnalının fəaliyyəti müzakirə
edilmişdir
Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilmişdir.
Nazir Əbülfəs Qarayevin sədrliyi ilə keçən iclasda ilk olaraq "Mədəniyyət" qəzeti və "Mədəni həyat" jurnalında mədəniyyət və turizm sahələrinin müasir tələblərə uyğun işıqlandırılması" məsələsi müzakirə olunmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, müzakirə olunan məsələ ilə bağlı qurumun nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyevin məruzəsi dinlənilmişdir. Məruzədə Mədəniyyət və Turizm Nazirliyinin təsisçisi olduğu nəşrlərin qənaətbəxş fəaliyyəti qeyd olunmaqla yanaşı, ümumilikdə mədəniyyət və turizmdən yazan mətbuat vasitələri və jurnalistika üçün xarakterik olan bir sıra problemlər nəzərə çatdırılmışdır. Mövzu əlvanlığı, dünya mədəniyyətində gedən proseslərin işıqlandırılması, dilin qorunması və inkişafı kimi məsələlərə xüsusi diqqət yetirilməsi tövsiyə edilmişdir.
Hər iki nəşrin illik planının hazırlanıb təqdim olunması, informasiya ilə iş konsepsiyasının hazırlanmasının zəruriliyi vurğulanmışdır.
Vaqif Quliyev, həmçinin "Mədəniyyət mövzusunda publisistik məqalə" müsabiqəsinin keçirilməsini təklif edərək müsabiqənin bu sahədə müsbət stimul yarada biləcəyini söyləmişdir.
"Mədəniyyət" qəzetinin baş redaktoru İntiqam Hümbətov nəşrlərin işinə göstərilən diqqətə görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirmiş, qəzetin fəaliyyətində qarşıya çıxan problemləri diqqətə çatdırmışdır.
"Mədəni həyat" jurnalının baş redaktoru Yaşar Vəliyev söylənilən iradlarla razılaşdığını bildirərək mövcud çətinliklərdən, abunə işinin təşkilindən danışmışdır.
Kollegiya üzvləri - mədəniyyət və turizm nazirinin müavinləri Sevda Məmmədəliyeva, Ədalət Vəliyev, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, nazirliyin kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov müzakirə olunan məsələ barədə fikirlərini, təklif və iradlarını bildirmişlər.
Nazir Əbülfəs Qarayev nəşrlərin işində bir sıra çatışmazlıqların olduğunu qeyd edərək dərc olunan materiallarda tənqidə yer verməyin, ümumiyyətlə, bu mövzuya ümumrespublika kontekstindən yanaşaraq müqayisəli təhlillər aparmağın vacibliyini bildirmişdir.
"Mədəniyyət"
qəzetində turizm sahəsinə daha geniş diqqət
ayrılmasının vacibliyi qeyd edilmiş, bu sahədə
mütəmadi xüsusi buraxılışların
hazırlanması tövsiyə olunmuşdur.
Daha
sonra kollegiyanın gündəliyində duran ikinci məsələ
- Mədəniyyət və Turizm Nazirliyinin ümumi
şöbəsinin fəaliyyəti müzakirə
olunmuşdur. Kollegiya iclasında «Mədəniyyət» qəzetinin
və «Mədəni həyat» jurnalının fəaliyyəti
müzakirə edilmişdir
Mədəniyyət və Turizm
Nazirliyinin kollegiya iclası keçirilmişdir.
Nazir
Əbülfəs Qarayevin sədrliyi ilə keçən
iclasda ilk olaraq "Mədəniyyət" qəzeti və
"Mədəni həyat" jurnalında mədəniyyət
və turizm sahələrinin müasir tələblərə
uyğun işıqlandırılması" məsələsi
müzakirə olunmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, müzakirə olunan məsələ ilə bağlı qurumun nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyevin məruzəsi dinlənilmişdir. Məruzədə Mədəniyyət və Turizm Nazirliyinin təsisçisi olduğu nəşrlərin qənaətbəxş fəaliyyəti qeyd olunmaqla yanaşı, ümumilikdə mədəniyyət və turizmdən yazan mətbuat vasitələri və jurnalistika üçün xarakterik olan bir sıra problemlər nəzərə çatdırılmışdır. Mövzu əlvanlığı, dünya mədəniyyətində gedən proseslərin işıqlandırılması, dilin qorunması və inkişafı kimi məsələlərə xüsusi diqqət yetirilməsi tövsiyə edilmişdir.
Hər iki nəşrin illik planının hazırlanıb təqdim olunması, informasiya ilə iş konsepsiyasının hazırlanmasının zəruriliyi vurğulanmışdır.
Vaqif Quliyev, həmçinin "Mədəniyyət mövzusunda publisistik məqalə" müsabiqəsinin keçirilməsini təklif edərək müsabiqənin bu sahədə müsbət stimul yarada biləcəyini söyləmişdir.
"Mədəniyyət"
qəzetinin baş redaktoru İntiqam Hümbətov nəşrlərin
işinə göstərilən diqqətə görə Mədəniyyət
və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkürünü
bildirmiş, qəzetin fəaliyyətində qarşıya
çıxan problemləri diqqətə
çatdırmışdır.
"Mədəni
həyat" jurnalının baş redaktoru Yaşar Vəliyev
söylənilən iradlarla razılaşdığını
bildirərək mövcud çətinliklərdən, abunə
işinin təşkilindən danışmışdır.
Kollegiya üzvləri - mədəniyyət və turizm nazirinin müavinləri Sevda Məmmədəliyeva, Ədalət Vəliyev, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, nazirliyin kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov müzakirə olunan məsələ barədə fikirlərini, təklif və iradlarını bildirmişlər.
Nazir Əbülfəs Qarayev nəşrlərin işində bir sıra çatışmazlıqların olduğunu qeyd edərək dərc olunan materiallarda tənqidə yer verməyin, ümumiyyətlə, bu mövzuya ümumrespublika kontekstindən yanaşaraq müqayisəli təhlillər aparmağın vacibliyini bildirmişdir.
"Mədəniyyət" qəzetində turizm sahəsinə daha geniş diqqət ayrılmasının vacibliyi qeyd edilmiş, bu sahədə mütəmadi xüsusi buraxılışların hazırlanması tövsiyə olunmuşdur.
Daha
sonra kollegiyanın gündəliyində duran ikinci məsələ
- Mədəniyyət və Turizm Nazirliyinin ümumi
şöbəsinin fəaliyyəti müzakirə
olunmuşdur.
Azərbaycan.-2013.- 24 yanvar.- S.7.