İsveçrə Prezidenti Ueli Maurer ilə görüş
Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar
səfəri
Yanvarın 24-də Davosda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti
Ueli Maurerin görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə İsveçrə arasında
ikitərəfli münasibətlərin
inkişafından məmnunluq
ifadə olundu. Ölkələrimiz arasında əlaqələrin
müxtəlif sahələrdə,
xüsusilə də enerji sektorunda inkişaf perspektivlərinin
önəmi vurğulandı.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə dair
danışıqların hazırkı
vəziyyəti ilə
bağlı fikir mübadiləsi aparıldı.
Prezident Ueli Maurer son illərdə
Azərbaycanın qazandığı
yüksək iqtisadi nailiyyətlərə görə
Prezident İlham Əliyevi təbrik etdi.
AzərTAc
Azərbaycan.-2013.- 25 yanvar.- S.1.