Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüş

 

Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri

 

Yanvarın 24-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti ilə görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə AYİB arasında uzun illərdir səmərəli  əməkdaşlığın mövcudluğu vurğulandı, bu əlaqələrin inkişaf  perspektivləri müzakirə olundu. AYİB ilə Azərbaycan arasında enerji, qeyri-enerji, informasiya-kommunikasiya texnologiyaları, sənayenin inkişafı, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı. Azərbaycanda sosial infrastrukturun inkişafına xüsusi əhəmiyyət verildiyi vurğulandı.

Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiklərini qeyd edən AYİB-in prezidenti ölkəmizə səfər etmək niyyətində olduğunu dedi.

 

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 25 yanvar.- S.1.