Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun «Neft və qaz idarəçilərinin toplantısı» mövzusunda sessiyasında iştirak etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri

 

Yanvarın 24-də Davosda Dünya İqtisadi Forumunun "Neft və qaz idarəçilərinin toplantısı" mövzusunda sessiyası keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak etmişdir.

Dünyada neft və qaz sahəsində tanınmış mütəxəssislərin iştirak etdiyi sessiyada Prezident İlham Əliyev Azərbaycanın neft-qaz sektorunda kibertəhlükəsizliyin və ümumilikdə təhlükəsizliyin təmin olunması mövzusunda çıxış etdi.

Dövlət başçısı uzun illərdir Azərbaycanın qlobal enerji layihələrində iştirakına diqqət çəkərək ölkəmizin bu sahədə qazandığı uğurlardan danışdı. Prezident İlham Əliyev Azərbaycanda bu sahədə təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunduğunu bildirdiuzun illərdir ölkəmizdə bununla bağlı hər hansı bir problemin yaranmadığını diqqətə çatdırdı.

Azərbaycanın regional enerji təhlükəsizlik sistemində xüsusi rol oynadığını vurğulayan dövlət başçısı bu sahədə ölkəmizdə görülən işlərdən, bütövlükdə gələcəkdə həyata keçiriləcək tədbirlərdən danışdı.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 25 yanvar.- S.1.