«Microsoft İnternational»
şirkətinin prezidenti
Jan Filip Kurtua ilə görüş
Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar
səfəri
Yanvarın 24-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Davosda
"Microsoft İnternational" şirkətinin prezidenti
Jan Filip Kurtua ilə görüşü
olmuşdur.
Görüşdə "Microsoft İnternational" şirkəti
ilə Azərbaycan arasında əməkdaşlıq
əlaqələrinin uğurla
inkişaf etdiyi bildirildi. Bu şirkətin Azərbaycanda elektron hökumət layihəsinin
həyata keçirilməsi
istiqamətində təklif
etdiyi xidmətlərin
əhəmiyyəti vurğulandı.
İnformasiya təhlükəsizliyinə dair
məsələlərin müzakirə
olunduğu görüşdə
"Microsoft İnternational" ilə Azərbaycan arasında gələcəkdə
strateji əməkdaşlıq
müqaviləsinin imzalanması,
bu şirkətin ölkəmizdə informasiya
mərkəzinin yaradılması
ilə bağlı fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2013.- 25 yanvar.- S.1.