Prezident İlham Əliyevin «Thales Alenia Space» şirkətinin prezidenti Jan- Qalle ilə görüşü

 

Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 24-də Davosda "Thales Alenia Space" şirkətinin prezidenti Jan- Qalle ilə görüşü olmuşdur.

Görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi əhəmiyyət verildiyi vurğulandı. Azərbaycanın ikinci telekommunikasiya Yer səthini müşahidə peyklərinin orbitə buraxılması ilə bağlı mövcud məsələlər müzakirə olundu. Ölkəmizdə kosmik sənayenin yaradılması, bu sahədə uzunmüddətli inkişaf strategiyasının hazırlanması ilə əlaqədar fikir mübadiləsi aparıldı.

 

 

 AzərTAc

 

Azərbaycan .-2013.- 25 yanvar.- S.2.