«GDF Suez» şirkətinin
sədr müavini və prezidenti Jan Fransua
Sirelli ilə görüş
Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar
səfəri
Yanvarın 24-də Davosda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin
"GDF Suez" şirkətinin sədr müavini və prezidenti Jan Fransua Sirelli ilə görüşü
olmuşdur.
Görüşdə "GDF
Suez" şirkəti ilə
Azərbaycan arasındakı
əməkdaşlıqdan məmnunluq
ifadə olundu. Gələcəkdə Azərbaycanda əhalinin keyfiyyətli içməli
su və kanalizasiya xidmətləri
ilə tam təmin olunması sahəsində
əməkdaşlıq məsələləri
müzakirə edildi.
Görüşdə
"Abşeron" qaz yatağının işlənməsinə,
"Şahdəniz" yatağından hasil olunan qazın
alınmasına və nəqlinə dair də fikir mübadiləsi
aparıldı.
AzərTAc
Azərbaycan.-2013.- 25 yanvar.- S.2.