"Nüsxələrinə nəzarət
markası yapışdırılması nəzərdə
tutulan müəlliflik hüququ və əlaqəli
hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram,
kompyuter proqramı, məlumat toplusu, kitab) dövlət
reyestrinin aparılması Qaydaları"nın təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 9
Bakı şəhəri, 18 yanvar 2013-cü il
"Əqli mülkiyyət
hüquqlarının təminatı və
piratçılığa qarşı mübarizə
haqqında" Azərbaycan Respublikasının 2012-ci il 22 may
tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 668
nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
"Nüsxələrinə
nəzarət markası yapışdırılması nəzərdə
tutulan müəlliflik hüququ və əlaqəli
hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram,
kompyuter proqramı, məlumat toplusu, kitab) dövlət
reyestrinin aparılması Qaydaları" təsdiq edilsin (əlavə
olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2013.- 25 yanvar.- S.2.