Turizm potensialı genişlənir

 

Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası nəticəsində Oğuzun rayon mərkəzi müasir və gözəl bir şəhərə çevrilib. Dağlar qoynuna sığınmış bu kiçik şəhərdə səliqəli küçələr, milli ornamentli tikililər göz oxşayır. Söhbət etdiyimiz oğuzlular dövlətin regionlara, o cümlədən Oğuz rayonuna göstərdiyi qayğını yüksək qiymətləndirirlər.

Şübhəsiz ki, abadlığı şərtləndirən amillərdən birirahatmüasir yoldur. Qoşabulaq adlanan ərazidən başlayaraq Oğuz şəhərinə gedən birinci dərəcəli yolun inşası başa çatdırılıb.

Dövlət başçısı İlham Əliyevin 4 aprel 2012-ci il tarixli sərəncamına əsasən 5 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qumlaq-Xalxal avtomobil yolunun tikintisi məqsədi ilə Prezidentin Ehtiyat Fondundan Oğuz Rayon İcra Hakimiyyətinə 4, 5 milyon manat vəsait ayrılıb. Həmin yolun tikilib istifadəyə verilməsini rayon sakinləri böyük minnətdarlıqla qarşılayıb. Digər istiqamətdəki yolların, o cümlədən kənddaxili yolların da tikinti və təmiri üçün hazırlıq və planlaşdırma işləri görülür.

Oğuz şəhərinin Heydər Əliyev prospekti və Səməd Vurğun küçəsi genişləndirilərək asfalt örtük salınıb. Digər küçələrə də asfalt döşənib. Elektrik dirəkləri, qazsu xətləri dəyişdirilir.

Ötən ilin uğurları sırasında rayon əhalisinin təbii qaz təminatının yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirləri də qeyd etmək olar. Oğuz şəhərini təbii qazla təmin edən 273 mm-lik diametrli əsas daşıyıcı qaz kəmərinin Əlican çayı üzərindən keçən 300 metrdən yuxarı hissəsi, həmçinin digər qaz xətləri təmir edilib. Bayan, Padar, CaludSincan kəndlərinin qazlaşdırılması işlərinə başlanılması üçün hazırlıq görülür.

Böyük layihələrdən biriOğuz şəhərində kanalizasiya sisteminin tikintisisu şəbəkəsinin yenidən qurulmasıdır. Bu layihənin icrasına 2010-cu ildə başlanılıb. İndiyədək su anbarları, xlorator laboratoriyasının tikintisi, drenaj işlərinin görülməsi başa çatdırılıb. Şəhərdə 42,33 kilometr içməli su xətti, 60 kilometr kanalizasiya xətti çəkilib. 1066 ədəd baxış və 33 ədəd səki qurğusu tikilib, 590 içməli su sayğacı quraşdırılıb. Balaşum-Böyük Söyüdlü su kəmərinin tikintisiBöyük Söyüdlüdə kənddaxili şəbəkənin çəkilməsi işləri davam edir. Bayan, Kərimli, Muxas, BucaqXaçmaz kəndlərinə də su xətləri çəkilir. Rayon icra hakimiyyətindən aldığımız məlumata görə, yaxın iki ildə rayonun bütün kəndlərinin içməli su probleminin həll edilməsi nəzərdə tutulub.

Yaradılan şəraitin nəticəsidir ki, şəhər və kənd ərazilərində sakinlər tərəfindən fərdi yaşayış evlərinin, sahibkarlıq və xidmət obyektlərinin tikintisi əhəmiyyətli dərəcədə artıb. Ötən ilin sonlarına yaxın 40-a qədər fərdi yaşayış evi tikilib istifadəyə verilib.

Oğuz dağətəyi ərazidə yerləşdiyinə görə burada daşqına və selə qarşı mübarizə tədbirlərinin görülməsi həmişə aktualdır. Bu baxımdan Daşağılçay, Oğuzçay, Xalxalçay, QalaçayTüryançay kimi çayların məcralarının lildən təmizlənməsi, yaşayış məntəqələrinin və əkin  sahələrinin sel sularından qorunması məqsədi ilə daş-beton  bəndlərin inşasına və təmirinə ciddi fikir verilir.

Rayon sakinlərinin bir qismini narahat edən bir məsələnin də həllinə başlanmaq üzrədir. Məlum olduğu kimi, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə əlaqədar rayonun kəmər keçən kəndlərində (Padar kəndi istisna olmaqla) sakinlərə əvəzlənərək verilmiş bütün torpaq sahələri yerindəcə vətəndaşlara tanıdılıb, torpaq sahələrinin planı, ölçüsü, sənədləri onlara təqdim edilib. Ancaq kəmər çəkilişi zamanı baş vermiş müəyyən uyğunsuzluqlarla bağlı narazılıqlar hələ də qalmaqdadır. Rayon icra hakimiyyətinin rəhbərliyi müvafiq qurumlar qarşısında məsələ qaldırdıqdan sonra araşdırma komissiyası yaradılıb və vaxtilə buraxılmış nöqsanların aradan qaldırılması üçün tədbirlər hazırlanır.

Oğuzda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün xeyli görülüb. Təkcə son 7 ildə həm dövlət proqramı, həm də Heydər Əliyev Fondunun xətti ilə 2300 yerlik 10 yeni məktəb binası tikilib istifadəyə verilib. Rayonda uşaq bağçalarının infrastrukturunun yaxşılaşdırılmasına da diqqət artırılıb. Qarşıdakı illərdə Oğuz rayonu üzrə hazırda uyğunlaşdırılmış binalarda yerləşən 17 məktəb və 5 uşaq bağçası üçün yeni korpusların tikilməsi, həmçinin müvafiq təmir və bərpa-gücləndirmə işlərinin görülməsi də nəzərdə tutulub.

2011-ci il noyabrın 16-da Oğuza səfəri zamanı Prezident İlham Əliyev görülən işlərlə tanış olduqdan sonra rayonun turizm perspektivini yüksək qiymətləndirmişdir. Təsadüfi deyildir ki, 2012-ci ilin doqquz ayı ərzində Oğuza 3200 turist gəlib. Son vaxtlar rayon ərazisində 5 yeni tarixi abidənin aşkar edilərək qeydiyyata alınması üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət olunması bir daha sübut edir ki, bu dağlar "gözəli" tezliklə ölkənin əsas turizm mərkəzlərindən birinə çevriləcəkdir.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.-2013.- 25 yanvar.- S.6.