Hindistan Respublikasının Prezidenti zati-aliləri cənab Pranab Kumar Mukherciyə
Hörmətli cənab Prezident!
Hindistan
Respublikasının milli
bayramı - Respublika günü münasibətilə
Sizi və Sizin simanızda
bütün xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik
edirəm.
Azərbaycan-Hindistan əlaqələri əsrlərdən
bəri davam edən xoş ənənələrə malikdir. Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətlərinin möhkəmlənməsi,
əməkdaşlığımızın
əhatə dairəsinin
genişlənməsi bundan
sonra da xalqlarımızın mənafelərinə
xidmət edəcəkdir.
Bu əlamətdar gündə
Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Hindistan
xalqına əmin-amanlıq
və rifah arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 16 yanvar 2013-cü il
Azərbaycan.-2013.- 26 yanvar.- S.1.