Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli qərarı
ilə təsdiq edilmiş «Azərbaycan Respublikası
İqtisadi İnkişaf Nazirliyinin strukturuna daxil olmayan
tabeliyindəki qurumların siyahısı»nda dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 16 Bakı şəhəri, 25
yanvar 2013-cü il
Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi
haqqında Əsasnamə"nin 5.3-cü bəndinə əsasən
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 11, maddə 1055) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. birinci abzasda "Bürosu" sözü "Mərkəzi" sözü ilə əvəz edilsin;
1.2. aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:
"Sumqayıt
Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyəti".
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2013.- 26 yanvar.- S.1.