Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 15 Bakı şəhəri, 25 yanvar 2013-cü il

 

"Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 iyul tarixli 1654 nömrəli sərəncamının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 12, maddə 1115; 2009, ¹ 2, maddə 153, ¹ 4, maddə 282, ¹ 7, maddə 605, ¹ 8, maddələr 674, 680, ¹ 10, maddələr 846, 852, 856; 2010, ¹ 1, maddə 60, ¹ 2, maddələr 146, 161, ¹ 10, maddələr 906, 912, ¹ 11, maddə 1040; 2011, ¹ 1, maddə 66, ¹ 5, maddə 446, ¹ 9, maddələr 856, 862; 2012, ¹ 5, maddə 479, ¹ 8, maddə 818, ¹10, maddə 1027; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 16 noyabr tarixli 266 nömrəli qərarı) ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"nda:

 

"Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında, tabeliyində olan:

İri Vergi Ödəyiciləri ilə İş üzrə Departament

Bakı Şəhər Vergilər Departamenti

Ərazi Vergilər İdarəsi" sözləri

"Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında, tabeliyində olan:

Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti

Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti

Bakı Şəhəri Vergilər Departamenti

Ərazi vergilər idarələri

Rayon vergilər şöbələri" sözləri ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 26 yanvar.- S.1.