Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136
nömrəli qərarı ilə təsdiq edilmiş
"İnzibati orqanların Təsnifatı"nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 14 Bakı şəhəri, 25
yanvar 2013-cü il
"Azərbaycan
Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il
27 iyul tarixli 1654 nömrəli sərəncamının 2-ci
hissəsinə əsasən Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007, ¹ 8, maddə 861, ¹ 9, maddə 923, ¹ 10,
maddə 1021, ¹ 12, maddə 1331; 2009, ¹ 1, maddələr 22, 32, ¹
2, maddə 150, ¹ 4, maddələr 282, 293, ¹ 8, maddələr
674, 675, 680, ¹ 10, maddələr 846, 852, 856; 2010, ¹ 2, maddələr
146, 161, ¹ 11, maddə 1040; 2011, ¹ 1, maddə 54, ¹ 5, maddə 447,
¹ 9, maddə 855; 2012, ¹ 5, maddə 475, ¹ 8, maddə 817, ¹ 10, maddə
1028; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 16
noyabr tarixli 265 nömrəli, 11 dekabr tarixli 299 nömrəli və
28 dekabr tarixli 325 nömrəli qərarları) ilə təsdiq
edilmiş "İnzibati orqanların Təsnifatı"nın
II bölməsinin 15-ci hissəsi aşağıdakı
redaksiyada verilsin:
15. Azərbaycan
Respublikasının Vergilər Nazirliyi
Naxçıvan
Muxtar Respublikasının Vergilər Nazirliyi
15.1.Vergilər
Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti
15.2.Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti
15.3.Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai
Araşdırılması Departamenti
15.4.Azərbaycan Respublikası
Vergilər Nazirliyinin:
15.4.1.Bakı Şəhəri Vergilər Departamenti
15.4.2.ərazi
vergilər idarələri
15.4.3.rayon vergilər şöbələri
15.5.Naxçıvan şəhər
vergilər idarəsi,
Naxçıvan Muxtar
Respublikasının rayon vergilər
şöbələri
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-2013.- 26 yanvar.- S.1.