Avropa Şurası Parlament Assambleyasının qış sessiyasına yekun vurulmuşdur

 

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) bürosunun yanvarın 25-də keçirilən iclasında qış sessiyasına yekun vurulmuşdur.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov müzakirə olunan məsələlərlə bağlı demişdir: "Bu gün büronun iclası keçirilmişdir. Avropa Şurası Parlament Assambleyasının yanvarın 23-də keçirilən plenar sessiyasında K.Ştrasserin məruzəsi qəbul olunmamışdır. Prosedura qaydalarına  görə, büro yekunda Assambleyada qəbul olunmuş sənədləri və onlardan irəli gələn məsələləri  müzakirə edir. K.Ştrasserin məruzəsi artıq  gündəlikdən çıxmışdır. Həmin məruzə, ümumiyyətlə, Avropa Şurasından götürülmüşdür. İnsan haqları ilə bağlı digər məsələlərə dair müzakirələr aparıla bilər, lakin K.Ştrasserin məruzəsi artıq yoxdur və ola da bilməz.

S.Seyidov AŞ PA-nın qış sessiyasının yekunlarını müsbət qiymətləndirərək demişdir: "Bu sessiya göstərdi ki, artıq Azərbaycanla hesablaşmaq, ölkəmizin mövqeyini nəzərə almaq lazımdır. Azərbaycan güclü dövlətdir, ölkəmizin sözü keçərlidir. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Azərbaycan Avropa Şurasında mövqeyini tam müdafiə etmək  iqtidarındadır və bu istiqamətdə də işlərini təşkil edir.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 26 yanvar.- S.2.