Avropa Şurası Parlament Assambleyasında K.Ştrasserin təklif etdiyi qətnamə layihəsi ilə bağlı səsvermənin ölkələr üzrə nəticələrinin cədvəli

 

Xəbər verildiyi kimi, yanvarın 23-də Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında almaniyalı deputat Kristof Ştrasserin Azərbaycanda “siyasi məhbus” məsələsi ilə bağlı hazırladığı qətnamə layihəsi ətrafında müzakirələr aparılmışdır. Çıxış edən deputatların böyük əksəriyyəti ölkəmizdə gedən demokratik inkişafı qeyd edərək, Azərbaycana ikili standartların tətbiqini rədd etmiş, “siyasi məhbus” məsələsinin hüquq müstəvisində həllinə səs vermişlər.

K.Ştrasserin hazırladığı qətnamə layihəsi gərgin müzakirələrdən sonra səsə qoyulmuşdur. 125 deputat qətnamə layihəsinin əleyhinə, 79 nəfər isə lehinə səs vermişdir.

Avropa Şurası Parlament Assambleyasında K.Ştrasserin təklif etdiyi qətnamə layihəsi ilə bağlı səsvermənin ölkələr üzrə nəticələrinin cədvəli

 

Nəticələr:

 

Qətnamənin lehinə   79

 

Qətnamənin əleyhinə   125

 

Bitərəf   20

 

 

Azərbaycan.-2013.- 26 yanvar.- S.2.