Kolomnoda Ümumrusiya Azərbaycan Konqresinin
nümayəndəliyi açıldı
Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Rusiya Federasiyasında fəaliyyətini təkmilləşdirməklə yanaşı, genişləndirməkdə və regional bölmələrinin sayını artırmaqda davam edir.
Nümayəndəliklər sırasına biri də - Moskva vilayətinin Kolomno şəhərində yaradılmış Ümumrusiya Azərbaycan Konqresinin Kolomno şəhər nümayəndəliyi də qoşuldu. Təşkilatın yaradılması üçün keçirilən yığıncaqda ÜAK-ın şöbə müdiri Rövşən Rüstəmov və regionlar üzrə kurator Ülfət Əliyev də iştirak etdilər.
ÜAK nümayəndələrinin və yenicə yaradılmış diaspor təşkilatının rəhbərlərinin şəhər administrasiyasında, administrasiya rəhbərinin müavini Gennadi Linkeyeviçlə görüşü oldu. G.Linkeyeviç Kolomno şəhərində belə bir diaspor təşkilatının yaranmasını dəstəklədiyini bildirdi.
Yeni
yaradılmış təşkilatın sədri Elxan Qurbanov,
ÜAK təmsilçiləri təşkilat haqqında məlumat
verdilər, Rusiya Federasiyasının 80-dən artıq
regionunda nümayəndəliyin fəaliyyət göstərdiyi
qeyd olundu. ÜAK-ın neçə il əvvəl Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin və
Rusiyanın hazırkı Prezidenti Vladimir Putinin xeyir-duası
ilə yarandığı xatırlandı.
Görüşün sonunda Ümumrusiya Azərbaycan Konqresi
adından şəhər rəhbərliyinə Azərbaycandan
və Prezident İlham Əliyevdən bəhs edən ədəbiyyat
hədiyyə edildi.
Təqdimetmə mərasimi isə Kolomno Şəhər Mədəniyyət Mərkəzində gerçəkləşdi. Soydaşlarımız qarşısında çıxış edən yerli nümayəndəliyin sədri Elxan Qurbanov şəhərdə azərbaycanlılar arasında bu cür təşkilata ehtiyac duyulduğunu bildirdi. Məqsədin isə soydaşlarımızı bir-birinə yaxınlaşdırmaq, birgə işlər görmək, çoxmillətli Rusiya dövlətində dostluq və qardaşlıq şəraitində yaşamaq olduğunu qeyd etdi.
Qonaqlara
və yerli sakinlərə təşkilatın ofisi
nümayiş etdirildi.
Azərbaycan.-2013.- 27 yanvar.- S.1.