AŞ PA-nın qış sessiyasında bir daha sübut
olundu ki, Azərbaycan artıq bu qurumda söz
sahibidir
"Avropa
Şurası Parlament Assambleyasının (AŞ PA) Strasburqda
keçirilən qış sessiyasında bir daha təsdiqləndi
ki, Azərbaycan artıq bu
qurumda söz sahibinə çevrilmişdir".
AzərTAc
xəbər verir ki, bu sözləri Azərbaycanın AŞ
PA-dakı nümayəndə heyətinin üzvləri
yanvarın 26-da keçirdikləri mətbuat konfransında
söyləmişlər.
Nümayəndə
heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin sədri Səməd Seyidov demişdir ki,
sessiyadan əvvəl dünyanın bir çox Avropa ölkələrinin
parlamentlərində, eləcə də AŞ PA-da Azərbaycan
həqiqətlərinin çatdırılması ilə
bağlı aparılan müzakirələr müsbət
sonluqla yekunlaşmışdır. Azərbaycan parlamentinin beynəlxalq
fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə
keçməsi AŞ PA-nın qış sessiyasında öz
müsbət nəticəsini göstərmişdir. Azərbaycana
təsir göstərmək üçün insan haqları,
demokratiya kimi ali dəyərlərdən alət kimi istifadə
edən məruzəçi Kristofer Ştrasserin
hazırladığı qərəzli layihə məhz bu
sessiyada səs çoxluğu ilə qəbul olunmadı. Ona
görə ki, artıq avropalı deputatların böyük əksəriyyəti
başa düşmüşdür ki, onun məruzəsi Azərbaycana
qarşı subyektiv və qərəzli mövqedən
hazırlanıb və əsas məqsəd də ölkəmizdə
gedən prosesləri başqa tərzdə təqdim etməkdir.
Amma o, istəyinə nail ola bilməmişdir. Bununla, həm də
sübut olundu ki, bu cür təzyiq vasitəsilə Azərbaycanı
dünyada və beynəlxalq təşkilatlarda öz siyasətindən
çəkindirmək mümkün deyildir.
S.Seyidov
demişdir ki, AŞ PA-da əldə olunan bu uğur Azərbaycan
Prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasətin
nəticəsidir. Dövlət başçısının həyata
keçirdiyi məqsədyönlü siyasət, başqa
ölkələrlə dostluq münasibətlərinin
inkişaf etdirilməsi belə bir nəticənin əldə
olunması üçün zəmin yaratmışdır.
Assambleyada
aparılan müzakirələr bir daha göstərdi ki, Azərbaycana
qarşı bu cür cəhdlər artıq Avropanın
özünə də təhlükə yaratdığı
üçün qətiyyətlə rədd edilir. Eləcə
də Avropa Şurası bu sessiyada sübut etdi ki, Azərbaycanla
konstruktiv əməkdaşlığa hazırdır. Bunu
K.Ştrasser də başa düşdü və təqdim
etdiyi məruzəyə rədd cavabı verildikdən sonra o,
özü, açıq şəkildə məğlubiyyətini
etiraf etdi.
S.Seyidovun
sözlərinə görə, K.Ştrasserin iclasın
başlamasına bir neçə saat qalmış məruzəsində
dəyişikliklər etməsi də avropalı
deputatların diqqətindən kənarda qalmamışdır
və onun bu addımı ciddi narazılıq
yaratmışdır.
Azərbaycanın
qurumdakı nümayəndə heyətinin rəhbərinin
müavini, parlamentin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynli isə
demişdir ki, rəsmi Bakı AŞ PA ilə əməkdaşlıqda,
o cümlədən insan haqları məsələsində hər
zaman siyasi iradə nümayiş etdirmişdir.
Ə.Hüseynli
bildirmişdir ki, sessiyada Azərbaycan üzrə məruzəçilərin
təqdim etdiyi məruzənin müzakirəsi zamanı ermənilərin bir neçə dəfə
sənədə müdaxilə etmək cəhdi boşa
çıxmışdır. Məruzəçilər
çıxışlarında Ermənistanın Azərbaycan
torpaqlarını işğal etdiyini, 1 milyona yaxın azərbaycanlının
öz yurdundan didərgin düşərək qaçqın
və məcburi köçkün şəraitində
yaşadığını dilə gətirmişlər. Ermənistan
nümayəndə heyətinin üzvünün bu həqiqəti
etiraf etməsi isə onların özlərini və tərəfdaşlarını
pis vəziyyətdə qoymuşdur. Belə ki, Ermənistandan
olan deputat rəqəmlərin
şişirdildiyini bildirmişdir.
Qeyd
olunmuşdur ki, sessiyada və sessiyadan qabaq keçirilən
görüşlərdə Azərbaycandakı real vəziyyət,
qəbul olunmuş qanunların Avropa standartlarına
uyğunlaşdırıldığı, korrupsiyaya
qarşı mübarizə, dini dözümlülük konkret
faktlarla diqqətə çatdırılmışdır. Bakıda
başqa dini icmaların nümayəndələri
üçün yaradılmış şərait,
sinaqoqların və Katolik kilsənin tikilməsi, Rus Pravoslav
kilsənin əsaslı təmir olunması barədə məlumatlar
avropalı deputatlar tərəfindən xüsusi qeyd
olunmuş və yüksək qiymətləndirilmişdir.
Azərbaycan.-2013.- 27 yanvar.- S.2.