Antiazərbaycançı qüvvələrin növbəti fiaskosu

 

 Kristofer Ştrasserin "siyasi məhbus"larla bağlı məruzəsi bumeranq effekti verdi

 

 Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı iki məruzənin müzakirə edilərək müvafiq qərarlar qəbul edilməsi siyasi dairələrdə geniş diskussiya mövzusuna çevrilib. Azərbaycan 12 ildir Avropa Şurasının tamhüquqlu üzvüdür ilk dəfə idi ki, bir mövzudan bəhs edən iki məruzə fərqli formada Assambleyanın müzakirəsinə çıxarılırdı.

Ölkəmiz üzrə həmməruzəçilər Pedro Aqramunt (İspaniya) və Cozef Debono Qrex (Malta) Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vəziyyyətinə dair, almaniyalı Kristofer Ştrasser isə Azərbaycanda "siyasi məhbus" məsələsi ilə bağlı məruzələr etmişdilər. Ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə bağlı məruzə ətrafında çıxış edən 50-dən artıq deputat Azərbaycanda gedən demokratik prosesləri dəstəklədiyini bildirmişdir. K.Ştrasserin hesabatı isə geniş diskussiyaya səbəb olmuş, narazılıqla qarşılanmış və sonda rədd edilmişdir.

İlk baxışdan K.Ştrasserin məruzəsinin siyasi sifariş olduğu şübhə doğurmurdu. Avropadakı müəyyən dairələrin, xüsusən Almaniyanın məruzəyə səs vermələri üçün AŞ PA rəhbərliyi və üzvlərinə göstərdiyi təzyiq bu hesabatın məqsədli olduğunu ortaya qoydu. Azərbaycana qarşı daim qərəzli mövqe nümayiş etdirən ermənilər və onların bəzi avropalı havadarları yenə də ölkəmizə qara yaxmaq ənənələrinə sadiq qalaraq spekulyasiyalar etmişlər. Onların çıxışları  avropalı deputatlar tərəfindən narazılıqla qarşılanmışdır. 

Türkiyədən, Rusiyadan, Polşadan, Macarıstandan, Sloveniyadanbaşqa ölkələrdən olan deputatlar isə "siyasi məhbus" anlayışının müəyyənləşmədiyi halda, onun Azərbaycana tətbiq edilməsini pisləmişlər. Avropalı deputatlar Azərbaycanın son illər bütün sahələrdə qazandığı nailiyyətlərdən danışmış, beynəlxalq aləmdə nüfuzunun artmasını qeyd etmişlər. Fransalı deputat Jan-Marinin Bokel almaniyalı deputat K.Ştrasserin məruzəsi ilə bağlı dedikləri bu baxımdan maraqlıdır: "Azərbaycanda mövcud olanmodel xarakteri daşıyan bəzi elementləri xüsusi qeyd etməliyəm. Ölkədə mövcud olan dünyəvilik, dinlərarası birgə yaşayış da xüsusi qeyd edilməlidir. Bu səbəblərdən də mən Monitorinq Komitəsinin hazırladığı məruzənin lehinə səs verəcəyəm. K.Ştrasserin məruzəsi isə qərəzli və natamam olduğuna görə ona səs verməyəcəyəm".

K.Ştrasserin Azərbaycanda "siyasi məhbus" məsələsi ilə bağlı məruzəsi müzakirələrdən sonra səsə qoyulsa da, 125 deputat onun əleyhinə, 79 nəfər isə lehinə səs verdi. Bunu nümayəndə heyətimizin ermənilər və onların bəzi avropalı havadarları üzərində növbəti qələbəsi kimi də qiymətləndirmək olar. AŞ PA-nın iclasından sonra Ştrasser öz iflasını "insan haqları və Parlament Assambleyası üçün qara gün" adlandırmışdır. K.Ştrasserin təqdim etdiyi siyahıda mövcud olmayan adamların, azadlığa buraxılmış şəxslərin, yurisdiksiya qarşısında olan adamların adlarının salınması qərəzli və subyektiv yanaşmanın olduğunu təsdiqlədi.

Bəzi hesabatlarda Azərbaycanda guya insan hüquqlarının pozulduğunu, vicdan azadlığına təhlükənin olduğunu iddia edən Qərb dövlətlərinin özündə dini dözümsüzlük qabarıq formada özünü göstərir. Norveçdə 77 insanın qətli ilə nəticələnən terror aktı, Danimarkada, ABŞ-da Qurani-Kərimin yandırılması, Hollandiyada Vilders adlı rejissorun islam dini əleyhinə "Fitnə" adlı film çəkməsi, İsveçrədə minarələrin referendumla ləğv olunması, eləcə də hicab qadağaları, müsəlman mühacirlərin diskriminasiyaya məruz qalması, qaraçıların Avropa ölkələrindən qovulması qloballaşma prosesinin lokomotivi kimi çıxış edən Avropa dövlətlərinin özündə milli-etnikdini tolerantlıqla bağlı ciddi problemlərin mövcudluğunu təsdiqləyir. Özünü Avropanın "demokratiya beşiyi" sayan AlmaniyaFransa kimi dövlətlərdə "islamafobiya"nın genişlənməsi xüsusilə narahatlıq doğurur.

Qloballaşma meyilləri gücləndikcə, xüsusən də bəzi Avropa dövlətlərində milli mövcudluğu qoruyub saxlamaq cəhdləri aşkar aqressivliklə müşayiət olunur. Bu meyillər daha dəhşətli faciələrə - terrora, qətllərə və digər amansız cinayətlərə yol açır. Faciə bundadır ki, dini-etnikmilli ayrı-seçkiliyə yol verərək islamı gözdən salmağa çalışan Avropa bu gün tolerantlığın yüksək səviyyədə olduğu Azərbaycanı qərəzli ittihamlara məruz qoyur. Hələ 2012-ci il mayın 24-də Avropa İttifaqı parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamə bunun əyani təsdiqidir. Bu, həm də Avropa ölkələrinin "insan hüquqları", "demokratiya" kimi dəyərlərdən sui-istifadə etdiyini, açıq-aşkar ikili standartlara yol verdiklərini bir daha təsdiqləyir.

 Həmin qətnamədə qondarma "siyasi məhbus" məsələsinin gündəmə gətirilməsi də məhz Azərbaycana təzyiq göstərmək istəyindən irəli gəlirdi. Halbuki Azərbaycan bu cür siyahıların müəyyən qərəzli qurumlar tərəfindən hazırlandığını və hüquqi-siyasi baxımdan tam əsassız olduğunu dəfələrlə bəyan edibbunu konkret sübutlarla təsdiqləyib. Hər hansı bir siyasi partiya, hərəkat üzvüya yüksək səviyyəli dövlət məmuru olmasından asılı olmayaraq, hər kəs törətdiyi cinayətlərə görə qanun qarşısında cavab verməlidir. Bu məsələyə siyasi don geyindirmək demokratik, hüquqi dövlətin inkişafı və vətəndaş cəmiyyətinin formalaşmasının başlıca amili olan hüququn aliliyi prinsipinə ziddir. Əgər kimsə milli məhkəmə-hüquq sistemində qəbul edilmiş qərarlardan razı deyilsə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmək hüququna malikdir. Amma heç bir milli və beynəlxalq-hüquqi əsas olmadan ayrı-seçkiliyə yol verərək 47 üzv dövlətdən yalnız Azərbaycanda "siyasi məhbus problemi" ilə bağlı xüsusi məruzəçinin təyin edilməsi qərəzdən, ayrı-seçkilikdən, ikili standartların əyani nümayişindən başqa bir şey deyil.

Şübhəsiz, bu gün Avropada özünü qabarıq göstərən dözümsüzlük meyillərinin əsas səbəblərindən biriiqtisadi böhranın dərinləşməsidir. Məhz bu səbəbdən son illərdə müxtəlif Avropa ölkələrində hakimiyyətə qarşı sərt etiraz aksiyaları keçirilir. Məsələn, 2012-ci ilin 1 mayında Almaniyada nümayişlər zamanı polislə vətəndaşlar arasında ciddi toqquşmalar yaşanmış, dinc insanlara qarşı zorakılıq tətbiq olunmuşdur. Nümayişçilər hakimiyyətin yaratdığı böhrana etiraz əlaməti olaraq polislərə içərisinə yandırıcı maddələr doldurulmuş şüşə qablar, daşbaşqa predmetlər atmışlar. Berlində keçirilən 1 may nümayişinə 100 mindən artıq insan toplaşmışdır. Mərasim başlayandan bir neçə saat sonra isə alman polisinin xüsusi təyinatlıları nümayişçilərə zor tətbiq etmişlər. Nümayişçilərin qarşısını kəsmək üçün 7 mindən çox polis səfərbər olunmuşdur.

 Avropada dözümsüzlüyün artmasını artıq Avropa Şurası da etiraf etmək məcburiyyətində qalmışdır. Təşkilatın bir müddət əvvəl yaydığı bəyanatında bildirilmişdir ki, quruma üzv ölkələrdə iqtisadi imkanların azalması və sosial proqramların məhdudlaşdırılması mühacirləri yoxsulluğa sürükləyəcəkdir. Avropa Şurasının İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının illik hesabatında deyilir ki, bu vəziyyət cəmiyyətdə parçalanmanı gücləndirən mənfi tendensiyaları da artırır. Şuraya üzv olan bir sıra ölkələrdə irqçilik, əcnəbilərə nifrət, antisemitizm və dözümsüzlüyə dair vəziyyəti təhlil edən sənəddə göstərilir ki, cəmiyyət mühacirlər və bəzi azlıqlara artıq yük kimi baxır.

Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə 2011-ci il dekabrın 27-də imzaladığı sərəncamla "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artımaq sahəsində Milli Fəaliyyət Proqramı"nı təsdiq etmişdir. Hər bir demokratik cəmiyyətdə insan hüquqlarının qorunması və demokratikləşmə bu sahədə fəaliyyət göstərən təsisatların quruculuğuna, aidiyyəti problemlərin həllinə və zorakılığın qarşısının alınmasına yönəlmiş davamlı bir proses kimi dərk edilir. İnsan hüquqlarının müdafiəsi və demokratikləşmə spontan şəkildə həyata keçirilə və bu sahədə mövcud standartlar tətbiq olunmayana qədər lazımı səmərə verə bilməz. Milli Fəaliyyət Proqramının "İnsan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri"ndən bəhs edən dördüncü fəslin 4.11-ci maddəsində insan hüquq və azadlıqlarına mühüm təhlükə yaradan təcavüz, terrorçuluq, korrupsiya, insan alveri kimi cinayətlərin qarşısının alınması, mədəniyyətlər və dinlərarası dialoqun uğurlarının təminatında tolerant münasibətin rolu xüsusi vurğulanır.

Avropa dövlətləri getdikcə özləri tolerantlıq prinsipinin ən böyük düşmənlərinə çevrilirlər. Fərqli fikir və düşüncəyə qarşı başlanmış "səlib yürüşü", ilk növbədə, bu geosiyasi arealda sivilizasiyalararası qarşıdurma meyillərini gücləndirir. "Siyasi məhbus" axtarışında olan bəzi Avropa dövlətləri yaxşı olar ki, Azərbaycanda 1 milyondan atıq vətəndaşın pozulmuş hüquqları ilə bağlı hesabatlar hazırlasınlar. Ermənistanın həyata keçirdiyi təcavüzkar siyasəti pisləyərək konkret fəaliyyətlə məşğul olsunlar. Əks təqdirdə özləri  apardıqları "bumeranq siyasət"nin qurbanı olacaqlar.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.-2013.- 29 yanvar.- S.1.