Çex Respublikasının yeni seçilmiş Prezidenti zati-aliləri cənab Miloş Zemana
Hörmətli cənab Zeman!
Çex Respublikasının Prezidenti
vəzifəsinə seçilməyiniz
münasibətilə Sizi
ürəkdən təbrik
edirəm.
Ümidvaram ki, birgə səylərimizlə Azərbaycan
Respublikası ilə Çex Respublikası arasındakı dostluq və əməkdaşlıq
münasibətlərinin xalqlarımızın
mənafelərinə uyğun
olaraq bundan sonra daha da
inkişafına və
genişlənməsinə nail olacağıq.
Sizə
möhkəm cansağlığı,
xoşbəxtlik və
Çex Respublikasının
dost xalqının rifahı
naminə fəaliyyətinizdə
uğurlar diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 29 yanvar 2013-cü il
Azərbaycan.-2013.- 30 yanvar.- S.1.