Braziliya Federativ Respublikasının Prezidenti
zati-aliləri xanım
Dilma Russeffə
Hörmətli xanım Prezident!
Santa-Mariya şəhərində
baş vermiş faciə nəticəsində
çoxsaylı insan tələfatı xəbəri
məni olduqca kədərləndirdi.
Bu ağır anlarda dərdinizi bölüşür,
Sizə, həlak olanların ailələrinə
və yaxınlarına,
bütün Braziliya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı
verir, hadisə zamanı zərər çəkənlərin və
xəsarət alanların
tezliklə sağalmasını
arzulayıram.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 29 yanvar 2013-cü il
Azərbaycan.-2013.- 30 yanvar.- S.1.