ABŞ-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunmuşdur

 

ABŞ konqresmenlərinin qərargah rəhbərlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində yanvarın 28-də Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında olmuşdur.

Hakim partiyanın icra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş NovruzovMübariz Qurbanlı ilə keçirilən görüşdə Azərbaycan-ABŞ münasibətlərinə dair fikir mübadiləsi aparılmış, əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. Qeyd edilmişdir ki, Azərbaycan-ABŞ iqtisadi, siyasidiplomatik əlaqələri yüksələn xətt üzrə inkişaf edir. İki ölkə arasında sosial-mədəni və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün zəmin vardır.

Görüşdə hər iki ölkənin antiterror koalisiyası çərçivəsində fəal əməkdaşlıq etdiyi yüksək qiymətləndirilmiş, həmçinin parlamentlərarası əlaqələrin genişləndirilməsinin zəruriliyi qeyd olunmuşdur.

Azərbaycana səfərdən məmnunluğunu bildirən qonaqlar ölkəmizdəki seçki sistemi, siyasi partiyaların fəaliyyəti, parlamentdə siyasi partiyaların təmsilçiliyi, YAP-ın ideoloji-siyasi xətti ilə maraqlanmışlar. YAP icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı qonaqları maraqlandıran sualları cavablandırmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 30 yanvar.- S.3.