Azərbaycan ilə Fransa arasında münasibətlərin hazırkı vəziyyəti müzakirə edilmişdir

 

Fransada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin prezidentinin diplomatik məsələlər üzrə müşaviri Jan Pol Ortiz ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Fransa arasında münasibətlərin hazırkı vəziyyəti müzakirə edilmişdir. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.-2013.- 30 yanvar.- S.5.