Davos İqtisadi
Forumunun Azərbaycanda keçirilməsi
haqqında qərar
ölkəmizin beynəlxalq müstəvidə artan
nüfuzunun təzahürüdür
"Davos
İqtisadi Forumunun Azərbaycanda keçirilməsi haqqında
qərar ölkəmizin beynəlxalq müstəvidə artan
nüfuzunun təzahürüdür".
Bu
sözləri yanvarın 30-da Yeni Azərbaycan Partiyası sədrinin
müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov
YAP Nizami rayon təşkilatının nəzdində fəaliyyət
göstərən Heydər Əliyev Məktəbinin yeni
kursunun açılış mərasimindən sonra jurnalistlərə
müsahibəsində demişdir.
Ə.Əhmədov
bildirmişdir ki, bu gün biz beynəlxalq aləmdə ölkəmizin
nüfuzunun artmasını müşahidə etməkdəyik.
Azərbaycanda çox əhəmiyyətli müxtəlif beynəlxalq
tədbirlər keçirilir.
YAP sədrinin
müavini vurğulamışdır ki, dünyanın ən
mötəbər iqtisadi forumlarından biri olan Davos
İqtisadi Forumunun aprel ayında Azərbaycanda keçirilməsi
haqqında qərarın qəbul olunması olduqca əhəmiyyətlidir.
Bu, bir tərəfdən Azərbaycanın beynəlxalq
müstəvidə artan nüfuzunun təzahürü, digər
tərəfdən isə Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanda həyata keçirilən iqtisadi
islahatlara dünya birliyinin verdiyi yüksək qiymətin ifadəsidir.
Bakıda
keçiriləcək Davos İqtisadi Forumu
bütövlükdə bu tədbirin inkişafına yeni məna
və çalarlar verəcəkdir.
AzərTAc
Azərbaycan.-2013.- 31 yanvar.- S.1.