«Gənclər siyasətinin həyata keçirilməsində prioritet istiqamətlər» mövzusunda elmi-praktik konfrans keçirilmişdir

 

Yanvarın 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) təşkilatçılığı ilə 2 fevral - Gənclər Gününə həsr olunmuş "Gənclər siyasətinin həyata keçirilməsində prioritet istiqamətlər" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransda çıxış edən MİHİ Respublika Komitəsinin sədri Cəmilə Səttarova ölkəmizdə həyata keçirilən gənclər siyasəti haqqında məlumat vermişdir.

Bildirmişdir ki, elmi-praktik konfrans Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayı ərəfəsində keçirilir təşkilatın gənclərlə sahəsində böyük səriştəsi vardır. Artıq 16 ildir ki,  ölkəmizdə Gənclər Günü qeyd olunur hər il təşkilatımız gənclərlə sahəsində əməkdaşlığı genişləndirir. MİHİ Respublika Komitəsinə aid olan təşkilatlarda çalışanların 35 faizini gənclər təşkil edir. Həmin gənclərin problemləri qayğıları bir qayda olaraq təşkilatımızın prioritet vəzifələrindən biri hesab edilir. Onların problemlərinin aradan qaldırılması istiqamətində lazımi addımlar atılır müxtəlif layihələr həyata keçirilir.

Ötən ilin oktyabrında MİHİ Respublika Komitəsinin konfransında gənclərlə üzrə komissiyanın prioritet istiqamətlərinin müəyyən edildiyini diqqətə çatdıran C.Səttarova tələbə və yeni işə qəbul olunan gənc kadrlara əmək münasibətlərinin dərindən mənimsənilməsi istiqamətində tövsiyələrini vermişdir. Qeyd etmişdir ki, MİHİ Respublika Komitəsinin hazırda 155 komissiyası fəaliyyət göstərir. Komissiyalar təkcə paytaxtda deyil, bölgələrdə də mövcuddur.

Gənclərlə üzrə komissiyanın tərkibi açıqlandıqdan sonra MİHİ Respublika Komitəsinin ötənilki fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunmuşdur.

MİHİ Respublika Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri, gənclərlə üzrə komissiyasının sədri Zaur Həmidov konfransda çıxış edərək gəncliyin ölkəmizdə böyük ictimai qüvvə olduğunu diqqətə çatdırmış, müstəqilliyimizin möhkəmləndirilməsi və etibarlı gələcəyimizin təmin edilməsinin məhz gənclərdən asılı olduğunu bildirmişdir.

Qeyd edilmişdir ki, gənclər siyasətinin uğurla həyata keçirilməsində təkcə dövlət strukturlarının deyil, ictimai təşkilatların da üzərinə mühüm vəzifələr  düşür. Hazırda ölkəmizdə gənclərə dövlət tərəfindən böyük qayğı göstərilir. Bu qayğının nəticəsidir ki, onların rifahının yaxşılaşdırılması, asudə vaxtlarının yüksək səviyyədə təşkil olunması istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan gəncliyi də durmadan öz üzərində çalışır. Bunun nəticəsidir ki, gənclərimiz  beynəlxalq arenada layiqli mövqedə qərarlaşmışlar.

Konfransda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) Həmkarlar İttifaqları Komitəsinin sədri Binyamin Məmmədov ötən ilin ölkəmizdə "İdman ili" olduğunu xatırlatmış və həmin ilin uğurla yekunlaşdığını diqqətə çatdırmışdır. Demişdir ki, ötən il Azərbaycanın idman həyatında çox əlamətdar olmuşdur. İdmançılarımız beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etmişlər.    

B.Məmmədov bildirmişdir ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəallığı ilə seçilir. Gənclərimiz  siyasi, iqtisadi, humanitarsosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir.

Sonra mövzu ətrafında fikir mübadiləsi aparılmış və suallar cavablandırılmışdır.

 

 

Azərbaycan.-2013.- 31 yanvar.- S.5.