Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti

 Zati-aliləri cənab Əbdüləziz Buteflikaya

 

Hörmətli cənab Prezident,

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Əlcəzair arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Əlcəzair xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 25 aprel 2014-cü il.

Azərbaycan.-2014.-26 aprel.-S.1.