Azərbaycan ilə Niderland arasında əlaqələrin dinamik

 inkişafından məmnunluq ifadə olunmuşdur

 

 

Bakı, 25 aprel (AzərTAc, Aidə Quluzadə). Aprelin 25-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Niderland Krallığı Senatının üzvü Rene Van der Lindenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə Oqtay Əsədov son illərdə Azərbaycan ilə Niderland arasında müxtəlif sahələrdə inkişaf edən əməkdaşlıqdan dostluq münasibətlərindən danışmışdır. Sədr ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Rene van der LindeninDostluqordeni ilə təltif edilməsini dostluğumuzun ən gözəl nümunəsi kimi qiymətləndirmişdir.

Yaxın günlərdə Bakıda Azərbaycan-Niderland biznes forumunun keçirildiyini xatırladan O.Əsədov ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsində biznes forumların əhəmiyyətini qeyd etmişdir. O, münasibətlərin inkişafı üçün yeni sənədlərin imzalanmasının hüquqi bazanın daha da möhkəmləndirilməsinin vacibliyinə toxunmuşdur.

Milli Məclisin sədri qeyd etmişdir ki, sürətlə inkişaf etməkdə olan Azərbaycanın ən ağrılı problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Biz münaqişənin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüququn norma prinsipləri çərçivəsində həllinin tərəfdarıyıq. Lakin Ermənistan beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdiyi sənədlərə məhəl qoymur. Bununla əlaqədar işğalçı dövlətə heç bir sanksiya tətbiq edilmir.

O.Əsədov Dağlıq Qarabağ probleminin nizamlanması məsələsində ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə AŞ PA kimi mötəbər bir qurumun sədri olduğu dövrdə Cənubi Qafqazda, xüsusən Dağlıq Qarabağ ətrafında baş verən hadisələrlə bağlı həqiqətləri söyləməkdən heç vaxt çəkinmədiyinə görə Rene van der Lindenə təşəkkürünü bildirmişdir.

Rene Van der Linden Azərbaycana yenidən səfər etməsindən, dostluq münasibətləri çox yaxşı əlaqələrin olmasından məmnunluğunu ifadə etmişdir. Qonaq Azərbaycana səfərləri çərçivəsində keçirdiyi görüşləri xatırlayaraq ölkəmizdə gedən inkişafdan məmnunluqla danışmışdır. O, ölkəmizdəki hərtərəfli inkişafı iqtisadi yüksəlişin göstəricisi kimi dəyərləndirmiş, Azərbaycan ilə Niderland arasında iqtisadi, biznes, təhsil, mədəniyyət digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirmişdir.

Niderland Senatının üzvü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunacağına inandığını demişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.-2014.- 26 aprel.- S.1.