Əmək və əhalinin sosial müdafiəsi naziri
Ağdamda vətəndaşları qəbul etmişdir
Prezident
İlham Əliyevin tapşırığına əsasən,
mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
bölgələrdə vətəndaşların qəbulunu
keçirir, onların müxtəlif məsələlərlə
bağlı müraciətlərinin həllinə kömək
göstərirlər.
AzərTAc
xəbər verir ki, aprelin 25-də əmək və əhalinin
sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin
Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin
inzibatı binasında bu rayondan, eləcə də Ağcabədi,
Laçın və Bərdədən olan vətəndaşları
qəbul etmişdir.
Nazirliyin
aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin
iştirakı ilə keçirilən qəbulda 80-ə
yaxın sakinin müraciəti dinlənilmişdir.
Vətəndaşlar
əsasən mənzil və avtomobillə təminat,
sanator-kurort yollayışları, reabilitasiya vasitələri,
bərpa-müalicə xidməti ilə bağlı müraciətlər
etmişlər. Əvvəlki dövrlərdən fərqli
olaraq ünvanlı dövlət sosial yardımı, əlillik
təyinatı ilə bağlı müraciətlər
azalmışdır.
S.
Müslümov ayrı-ayrı imtiyazlı şəxslərin
bərpa-müalicə xidməti, reabilitasiya
avadanlıqları, sanator-kurort yollayışları ilə təmin
olunması, həmçinin vətəndaşların
qaldırdıqları digər məsələlərin
obyektiv və ədalətli şəkildə
araşdırılması barədə aidiyyəti
strukturların rəhbərlərinə tapşırıqlar
vermişdir.
Qəbul
zamanı nazirliyin səlahiyyətlərinə aid olmayan
müraciətlər qeydiyyata alınaraq müvafiq orqanlara
çatdırılması üçün nəzarətə
götürülmüşdür.
Azərbaycan.-2014.-26 aprel.-S.3.