Dövlət Gömrük
Komitəsinin sədri Beyləqan
şəhərində
vətəndaşları qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırıq və tövsiyələrinə əsasən,
mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
bölgələrdə vətəndaşların qəbulunu
keçirir, onların müxtəlif məsələlərlə
bağlı müraciətlərinin, ərizə və
şikayətlərinin müsbət həll olunması
üçün müxtəlif tədbirlər görürlər.
AzərTAc xəbər verir ki, aprelin 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Beyləqan şəhərindəki Heydər Əliyev Mərkəzində Beyləqan, Füzuli, Cəbrayıl, Kəlbəcər, Xocavənd, Xocalı və Laçın rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Qəbula gəlmiş vətəndaşların müraciətləri əsasən işə qəbul və gömrük prosedurları ilə bağlı olmuşdur.
Komitənin sədri Aydın Əliyev vətəndaşların arzu və təkliflərini diqqətlə dinləmiş, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar vermişdir.
Qəbulda qaldırılan məsələlərin
bəziləri yerindəcə həll edilmiş,
bəziləri barədə vətəndaşlara məsləhətlər
verilmiş, komitənin strukturuna
aid olmayan bir neçə məsələ isə qeydiyyata alınaraq aidiyyəti orqanlara
çatdırılması üçün
nəzarətə götürülmüşdür.
Azərbaycan.-2014.-26 aprel.-S.3.